Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Roza Otunbayeva, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov 16 sentyabr 2010-cu il tarixində İstanbul şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısında iştirak etdilər.

Bu Bəyannaməni imzalayan Dövlət başçıları,

Türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirmək və həmrəyliyi gücləndirmək niyyətlərini qeyd edərək,

Türkdilli ölkələrin dövlət başçılarının Zirvə Toplantılarının faydasını və 2009-cu ildə Azərbaycan Respublikasında keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında qəbul edilmiş Naxçıvan Bəyannaməsi də daxil olmaqla əvvəllər keçirilmiş Zirvə Toplantılarında qəbul edilmiş Bəyannamələrin müddəalarını təsdiq edərək,

Türkdilli ölkələr arasında hərtərəfli münasibətlərin və mövcud həmrəyliyin Avrasiya məkanında regional və beynəlxalq əməkdaşlığı gücləndirdiyinə əmin olaraq,

Helsinki Yekun Aktı başda olmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT) sənədlərinə sadiq olduqlarım ifadə edərək,

Suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq, zor işlətməmək və ya zor işlətməklə hədələməmək prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə çalışaraq,

3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanmasını məmnuniyyətlə qeyd edərək,

aşağıdakıları bəyan etdilər:

1. 27 iyun 2010-cu il tarixində Qırğızıstanda keçirilən referendumun uğurla baş tutmasından məmnunluqlarını ifadə etdilər və 10 oktyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərinin regional sülh və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu keçid dövründə Qırğızıstana dəstək verməyə davam edəcəklərini təsdiq etdilər.

2. Qırğızıstana yardım məqsədilə Qazaxıstan tərəfindən Almatı şəhərində təşkil ediləcək Beynəlxalq Donor Konfransının çağırılmasını dəstəklədilər və beynəlxalq birliyi bu Konfransda fəal iştirak etməyə dəvət etdilər.

3. İstanbulda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin və əməkdaşlığın gələcək inkişafına töhfə verəcəyini qeyd etdilər.

4. Türkdilli ölkələr arasında ortaq tarix, mədəniyyət, mənsubiyyət və dilə əsaslanan qarşılıqlı maraqlan, münasibətləri və həmrəyliyi inkişaf etdirmək niyyətlərini ifadə etdilər və bununla əlaqədar, milli və regional təhlükəsizliyə, sabitlik və sülhün qorunmasına, həmçinin demokratiya, insan hüquqlarına hörmət, bazar iqtisadiyyatının inkişafı, qanunun aliliyi və yaxşı idarəçilik prinsiplərinə sadiqliklərini bir daha təsdiqlədilər.

5. Türkdilli ölkələr arasında əməkdaşlıq və həmrəyliyin əsasmı təşkil edən ortaq tarixi dəyərlərin və mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə görülən tədbirləri dəstəklədiklərini ifadə etdilər.

6. Türkdilli ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət, təhsil, elm, yerli hakimiyyət, vətəndaş cəmiyyəti təşkilatlan arasında əməkdaşlıq daxil olmaqla, bütün sahələrdə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və əməkdaşlığın həyata keçirilməsinə töhfə verəcəklərini vurğuladılar və Türkdilli xalqlar arasındakı əlaqələri gücləndirən parlamentlərarası münasibətlərin vacibliyini qeyd etdilər.

7. Terrorçuluq, ekstremizm, insan alveri və qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, həmçinin qeyri-qanuni silah alveri də daxil olmaqla beynəlxalq təhlükəsizliyə təhlükə törədən digər təhdid və çağırışlara qarşı mübarizədə əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini bir daha vurğuladılar və Türkdilli ölkələr arasında və beynəlxalq təşkilatlarla həmrəyliyin vacibliyini bir daha təsdiq etdilər.

8. Sərhədlərin zorla dəyişdirilməsinin yolverilməz olmasına dair öz mövqelərini bir daha təsdiqlədilər, beynəlxalq sülh və sabitliyə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təcavüz aktlarına qarşı beynəlxalq birliyin mübarizəsinin gücləndirilməsinin qlobal təhlükəsizliyin bərqərar olunmasında həlledici amil olduğuna əminliklərini qeyd etdilər.

9. Türkdilli ölkələr üçün həssas olan məsələlərin regional və beynəlxalq təşkilatların gündəliyində daha intensiv yer tutması məqsədilə beynəlxalq təşkilatlarda birgə mövqenin nümayiş etdirilməsinin əhəmiyyətinə diqqət yetirdilər. Bununla əlaqədar, mühüm beynəlxalq tədbirlərdən əvvəl Türkdilli ölkələr arasında görüşlərin keçirməsinin və əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Türkdilli ölkələr arasında münasibətləri genişləndirəcəyini və gücləndirəcəyini ifadə etdilər.

10. 2010-cu ildə Qazaxıstanın ATƏT~ə sədrliyə başlamasının və onu uğurla davam etdirməsinin ATƏT-in iştirakçı dövlətləri tərəfindən Qazaxıstana göstərilən etimadın əyani nümayişi olduğunu vurğulayaraq, Qazaxıstanın ATƏT-ə sədrliyinin uğurla davam etdirməsini arzuladılar.

11. ATƏT-in İstanbul Sammitindən on bir il sonra ilk ATƏT Sammitinin Astanada keçirilməsi qərarı münasibəti ilə Qazaxıstanı təbrik etdilər, həmçinin 2010-cu ildə Qazaxıstanın rəhbərliyi altında Avro-Atlantik və Avrasiya təhlükəsizliyi ilə əlaqədar davam etdirilən dialoqun Astana Sammitində qəbul ediləcək qərarlarla daha da inkişaf etdirilməsinə ümidlərini ifadə etdilər.

12. Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirləri üzrə Konfransın (AQƏETK) Asiya qitəsində sülh və sabitliyə artan töhfəsinin vacibliyini təsdiq edərək, AQƏETK-nin siyasi dialoq forumu olaraq əməkdaşlığa əsaslanan təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini fəal şəkildə dəstəkləyəcəklərini bəyan etdilər.

13. İstanbul Zirvə Toplantısında AQƏETK sədrliyinin bir türk dövlətindən digər bir türk dövlətinə keçməsi ilə bağlı məmnunluq ifadə etdilər, Qazaxıstanın sədrliyi dövründə AQƏETK-nin uğurla təşkilatlanmasına istinad edərək, onun Asiyada etimadyaratma tədbirlərinin həyata keçirilməsində üzərinə götürdüyü aparıcı rola və öhdəliklərə diqqət yetirdilər.

14. Qazaxıstanın 2010-cu il ATƏT sədrliyini və Türkiyənin 2010-2012-ci illərdə AQƏETK sədrliyini və hər iki ölkənin beynəlxalq təşkilatlarda həmrəylik və daha fəal olmağı təşviq edən Avrasiya təhlükəsizlik məkanındakı mərkəzi rolunu qeyd etdilər.

15. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ortaq dəyərlərin müəyyən edilməsi, zənginləşdirilməsi, yayılması və təşviqində, həmçinin Türkdilli ölkələr və xalqlar arasında mədəni əlaqələrin dərinləşdirilməsində mühüm bir vəzifəni yerinə yetirdiyini vurğuladılar.

16. Dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması məqsədilə Bakıda Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması ilə əlaqədar təşəbbüsün həyata keçirilməsinin əhəmiyyətini təsdiqlədilər.

17. 2012-ci ildə Astananın Türk Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı TÜRKSOY-un təklifini dəstəklədilər.

18. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Katibliyinin Bakıda fəaliyyətə başlamasından duyduqları məmnuniyyəti ifadə etdilər və TürkPA-nın Türkdilli ölkələrin parlamentləri ilə digər ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etdilər.

19. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi əsasında təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlər arasında əməkdaşlığa təşkilati xüsusiyyət qazandıracağından və regional əməkdaşlığa müsbət töhfə verəcəyindən əmin olduqlarını bildirdilər.

20. İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinin təsis edilməsi istiqamətində görülən tədbirlərin son mərhələyə çatmasından məmnun qaldılar və Türkiyə Respublikası tərəfindən namizədliyi irəli sürülən və Naxçıvan Sazişinin qüvvəyə minməsindən sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq səfir Halil Akıncının Katibliyİn ilk Baş katibi kimi təyin olunmasını təsdiq etdilər.

21. Naxçıvan Sazişində nəzərdə tutulan müvafiq sənədləri yekunlaşdırmaq və qəbul etmək barədə Türkdilli Dövlətlərin Xarici İşlər Nazirlərinə təlimat verdilər.

22. Bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət və iqtisadiyyat sahəsində münasibətlərin inkişaf etdirilməsini və sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, su enerjisi, alternativ enerji və turizm də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə etdilər.

23. Türkdilli ölkələrin dinamik inkişaf edən iqtisadiyyatlarının bir çox sahələrdə, o cümlədən işgüzar dairələr arasında əməkdaşlıq üçün əlverişli şərtlər yaratdığını vurğuladılar və mövcud potensialdan maksimum istifadə edilməsinin əhəmiyyətini təsdiq etdilər.

24. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Türkdilli Dövlətlərin Biznes Şurasının yaradılması barədə razılığa gəldilər.

Qeyri-neft sektorunun inkişafına dəstək və özəl sektor üçün yeni imkanların yaradılması məqsədilə birgə Sığorta Şirkətinin və İstanbulda Türkdilli Dövlətlərin İnkişaf Bankının yaradılması imkanlarını araşdırmağı qərara aldılar.

25. Xəzər regionundakı enerji ehtiyatlarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunu təsdiqləyərək, strateji Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin qlobal enerji təhlükəsizliyinə və region ölkələrinin davamlı iqtisadi inkişafına xidmət etdiyinə əmin olduqlarını ifadə etdilər. Bununla əlaqədar, onlar Bakı-Tiflis-Ceyhan kəmərinin nəql qabiliyyətindən maksimum istifadə olunmasının vacibliyini qeyd etdilər və Aktau limanı ilə Bakı-Tiflis-Ceyhan neft kəməri arasında əlaqəyə xüsusi əhəmiyyət verdilər.

26. 2012-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Türkdilli ölkələr arasında nəqliyyat əlaqələrini asanlaşdıracağım, eyni zamanda Avrasiya regionunda ticarət həcmini artıracağım, regional inkişaf və iqtisadi inteqrasiyanı sürətləndirəcəyini qeyd etdilər və dəmiryolu xəttinin ən qısa müddətdə fəaliyyətə başlamasının zəruriliyini vurğuladılar.

27. Elm, təhsil, mədəniyyət, incəsənət, turizm, idman və digər sahələrdəki münasibətlərin genişləndirilməsində qarşılıqlı maraqlarını təsdiq etdilər, Türkdilli xalqlar arasında humanitar təmasların gücləndirilməsini dəstəklədiklərini və Türkdilli dövlətlərin gənclər birliklərinin belə fəaliyyətlərə töhfə verəcəyinə ümidlərini ifadə etdilər.

28. Elm təşkilatlan, təhsil müəssisələri və elm xadimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcək konkret layihələrə dəstəklərini ifadə etdilər, təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini yenidən vurğuladılar və xalqlararası dostluğun gücləndirilməsi və bir-birilərinə daha yaxın gələcək nəsillər yetişdirmək məqsədilə təhsil sahəsində sənədlərin qarşılıqlı tanınması imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd etdilər.

29. Astana şəhərində Türk Akademiyasının açılmasından məmnunluqlarını ifadə etdilər və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin və Türkdilli ölkələrin elmi potensialının ortaya çıxarılmasının əhəmiyyətini qeyd etdilər.

30. Türkologiya elmi sahəsində elmi resursların, etno-mədəniyyətin və etno-turizmin təşviqinin əhəmiyyətini etiraf edərək, Türkologiya elminin geniş şəkildə anlaşılması və inkişaf etdirilməsi məqsədilə Türk Tarixi Muzeyinin və “Türk Akademiyası” çərçivəsində Türk Kitabxanasının yaradılması təşəbbüsünü dəstəkləyərək, Türk Akademiyası beynəlxalq təşkilatının yaradılmasının zəruriliyini vurğuladılar.

31. Türk Akademiyasının fəaliyyətini dəstəkləmək məqsədilə universitetlər arasında birliyin yaradılmasını və bu məqsədlə universitetlər arasında birgə tədrisi də əhatə edən əməkdaşlıq formalarmı təşviq edəcəklərini bildirdilər.

32. Türkdilli ölkələrin mövcud tədqiqat və inkişaf potensialından qarşılıqlı faydalanma və bu potensialın təşkilatlandırılaraq inkişaf etdirilməsi məqsədilə xüsusi fondun təsis edilməsi barədə razılığa gəldilər.

33. İqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə əlaqədar beynəlxalq müstəvi də daxil olmaqla əməkdaşlıqlarını inkişaf etdirmək istəklərini bəyan etdilər.

34. Su ehtiyatlarından hərtərəfli istifadə edilməsi məqsədilə beynəlxalq əməkdaşlığın zəruriliyini bildirdilər.

35. Ətraf mühitin mühafizəsinin əhəmiyyətini vurğuladılar və tərəfləri regionda, xüsusilə Aral dənizi hövzəsində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması və buzlaqların əriməsinin qarşısının alınması üzrə təcili tədbirlər görməyə çağırdılar.

36. Regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə, bütün sahələrdə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın, sıx əlaqə və birgə tədbirlərin inkişafına yönəlmiş siyasi məsləhətləşmələrin daha da təşviq olunmasının zəruriliyini təsdiq etdilər.

37. Beynəlxalq təhlükəsizlik, davamlı inkişaf, həmçinin BMT Nizamnaməsində təsbit olunmuş məqsədlərə nail olunması üçün qlobal və strateji məsələlərin həllində BMT-nin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirdiklərini bildirdilər, BMT-dəki islahatların Təşkilatın beynəlxalq məsələlərdə mərkəzi rolunun gücləndirilməsinə, onun potensialının beynəlxalq hüquq qaydasına yeni təhlükə və təhdidlərə qarşı çevik və səmərəli istifadəsinə yönəldilməli olduğunu qeyd etdilər.

38. Azərbaycanın və Türkiyənin 2010-2014-cü illər üzrə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə 2010-cu ilin oktyabr ayında keçiriləcək seçkilərdə namizədliklərini, həmçinin Qırğızıstanın Radio Tənzimləmə Şurasına namizədliyini (“C” regionu üzrə) dəstəkləyəcəklərini bəyan etdilər.

39. 2011-2015-ci illər üzrə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) İcraedici Şurasının üzvlüyünə 2011-ci ilin oktyabr ayında keçiriləcək seçkilərdə Türkiyənin namizədliyini dəstəkləyəcəklərini təsdiq etdilər.

40. BMT İnsan Hüquqları Şurasının üzvlüyünə Qazaxıstanın namizədliyini 2012-2015-ci illər üzrə 2012-ci ilin may ayında və Türkiyənin namizədliyini 2013-2016-cı illər üzrə 2013-cü ilin may ayında keçiriləcək seçkilərdə dəstəkləyəcəklərini ifadə etdilər.

41. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Azərbaycanın və Qırğızıstanın 2012-2013-cü illər üzrə 2011-ci ildə və Qazaxıstanın 2017-2018-ci illər üzrə 2016-cı ildə keçiriləcək seçkilərdə namizədliklərinin ciddi şəkildə nəzərdən keçirilməsi niyyətlərini təsdiq etdilər.

42. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvlüyünə Türkmənistanın namizədliyini 2012-2013-cü illər üzrə 2011-ci ildə və Qırğızıstanın namizədliyini 2013-2015-ci illər üzrə 2012-ci ildə keçiriləcək seçkilərdə dəstəkləyəcəklərini ifadə etdilər.

43. İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində birgə dəyərlər əsasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinin zəruriliyini vurğuladılar.

44. Qazaxıstanın 2011-ci ildə İKT Xarici İşlər Nazirləri Şurasına sədrliyinə başlamasını məmnuniyyətlə qarşıladılar, sədrliyi dövründə Qazaxıstana dəstək verəcəklərini bir daha təsdiq etdilər.

45. İKT-nin üzvü olan dövlətlər arasında ticarətin artırılması məqsədilə yaradılmış İKT preferensial ticarət sisteminin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağına dair əminliklərini qeyd etdilər.

46. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) gücləndirilməsi və səmərəliliyinin artırılması üzrə səylərə töhfə verəcəklərini təsdiq etdilər.

47. Avropa Şurası ilə dialoq aparmaq və əməkdaşlıq etmək barədə birgə niyyətlərini ifadə etdilər.

48. Əfqanıstanda sabitlik və yenidənqurmanın təmin edilərək onun qonşu ölkələrlə sülh və əməkdaşlıq şəraitində yaşamasını dəstəklədiklərini ifadə etdilər. 18 sentyabr 2010-cu il tarixində Əfqanıstanda keçiriləcək parlament seçkilərinin ölkədə milli birlik və həmrəyliyin möhkəmləndirməsinə və ictimai barışığa töhfə verəcəyinə ümidvar olduqlarını bildirdilər. “Asiyanın qəlbində” dostluq və əməkdaşlıq üçün İstanbul Bəyanatı”nda qeyd olunmuş yanaşma əsasında Əfqanıstanda regional əməkdaşlıq və əlaqələrin təşviqinə dinc vasitələrlə töhfə vermək niyyətlərini ifadə etdilər.

49. İraqın suverenliyi və ərazi bütövlüyünün qorunması və bütün İraq cəmiyyətinin ayrılmaz hissəsi olan türk mənşəli icmanın hüquq və azadlıqlarının təminatının zəruriliyinə diqqət yetirdilər.

50. 31 may 2010-cu il tarixində İsrail tərəfindən Qəzzaya humanitar yardım aparan gəmi karvanına qarşı beynəlxalq sularda həyata keçirilən və 9 dinc şəxsin öldürülməsi ilə nəticələnən basqına dərindən təəssüfləndilər. Regional sülh və təhlükəsizliyi təhdid edən bu cür hadisələrin təkrarlanmasının qarşısının alınması və beynəlxalq hüquqa hörmət anlayışının həyata keçirilməsi məqsədilə sözügedən hadisənin təhqiqatı üçün BMT-nin Baş katibi Ban Ki-Mun tərəfindən yaradılmış Təhqiqat Qrupunun vəzifəsini BMT Təhlükəsizlik Şurası sədrinin 1 iyun 2010-cu il tarixli Bəyanatına müvafiq şəkildə beynəlxalq standartlara uyğun olaraq dərhal, qərəzsiz, etibarlı və şəffaf şəkildə yerinə yetirilməsinə əhəmiyyət verdiklərini vurğuladılar. Təhqiqat Qrupunun işlərinə yardımçı element kimi BMT İnsan Hüquqları Şurası tərəfindən yaradılmış “Fakt-Araşdırma Missiyası”nın fəaliyyətinə dəstəklərini ifadə etdilər.

51. Regional və qlobal sülh və sabitlik üçün İranın nüvə proqramı ilə bağlı fikir ayrılığının dialoq və diplomatiya vasitəsilə həllinin əhəmiyyətini vurğuladılar, 17 may 2010-cu il tarixində Tehranda imzalanmış Birgə Bəyannamənin həyata keçirilməsinin fikir ayrılığının hərtərəfli və yekun həlli üçün zəruri dialoq mühitinin yaradılmasına töhfə verəcəyinə inandıqlarını bildirdilər və beynəlxalq birliyi bu fürsətdən ən yaxşı şəkildə istifadə etməyə çağırdılar.

52. Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması hədəfmi və bu prosesin hazırkı öhdəliklər əsasında inkişaf etdirilməsini dəstəklədilər, eyni zamanda Türkiyənin Avrasiya regionunda mühüm dövlətlərdən biri olduğunu, onun Aİ-yə üzvlüyünün regionda siyasi, iqtisadi və sosial inkişafı sürətləndirəcəyini və region ilə Aİ arasında əlaqələri gücləndirəcəyini vurğuladılar.

53. Kiprdə iki tərəf arasında davam edən hərtərəfli tənzimləmə danışıqlarına dəstəklərini qeyd etdilər və Kipr liderlərinin birgə bəyanatlarında müəyyən edilmiş çərçivədə yaradılmış yeni Tərəfdaşlıq yaradılması ilə BMT Baş katibinin 11 may 2010-cu il tarixli xoşməramlı missiyası məruzəsində göstərilən məqsəd istiqamətində 2010-cu ilin sonunadək hərtərəfli həllin əldə edilməsinə ümidlərini ifadə etdilər, Kipr türklərinin beynəlxalq arenada hər hansı hüquqi əsası olmayan təcridinin təxirə salınmadan aradan qaldırılması ilə əlaqədar BMT və İKT tərəfindən edilən müraciətləri dəstəklədilər.

54. Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğunu qeyd etdilər və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində mühüm tərəqqi olacağına əminliklərini təsdiq etdilər.

55. BMT-nin təşəbbüsü olan və mədəniyyətlər arasında qarşılıqlı hörmət, harmoniya və tolerantlıq mühitinin artırılması məqsədini güdən Sivilizasiyalar Alyansına dəstək verdiklərini və Türkdilli ölkələrin Alyansın işinə göstərdikləri yaxın münasibətdən məmnun qaldıqlarını ifadə etdilər.

56. 26-29 aprel 2010-cu il tarixində Azərbaycanda keçirilmiş Dini Liderlərin Ümumdünya Sammitinin və Qazaxıstanın rəhbərliyi altında Dünyəvi və Ənənəvi Din Liderlərinin Konqresinin müxtəlif mədəniyyətlər və etiqadlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə verdiyi töhfəni məmnuniyyətlə qeyd etdilər.

57. Naxçıvan Sazişinin imzalanma gününün (3 oktyabr) Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilməsini qərara aldılar.

58. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin əldə edilməsinin 20-ci il dönümünü 2011-ci ildə birgə tədbirlər təşkil etməklə qeyd etməyi qərara aldılar.

Bu çərçivədə 2011-ci ildə Aşqabadda Türkdilli Ölkələrin mədəniyyət festivalının keçirilməsi barədə Türkmənistanın təklifmi məmnuniyyətlə qarşıladılar.

59. Türkdilli Dövlətlərin Əməkdaşlı Şurasının Birinci Zirvə Toplantısının 2011-ci ildə Qazaxıstanda və İkinci Zirvə Toplantısının 2012-ci ildə Qırğızıstanda keçirilməsi barədə qərar qəbul etdilər.

60. Qonaqlar Zirvə Toplantısının nəticələri ilə bağlı məmnunluqlarını ifadə etdilər, onlara göstərilən səmimi qəbul və qonaqpərvərliyə görə türk xalqına və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə təşəkkürlərini bildirdilər.

16 sentyabr 2010-cu il tarixində İstanbul şəhərində Azərbaycan, qazax, qırğız və türk dillərində imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev

 

Qırğız Respublikasının Prezidenti Roza Otunbayeva

 

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül