2012-ci il avqustun 23-də Bişkek şəhərində imzalanmış “Türk Akademiyasının təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il avqustun 23-də Bişkek şəhərində imzalanmış “Türk Akademiyasının təsis edilməsi haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətini xəbərdar etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2013-cü il

№ 2