Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının 2011-ci il oktyabrın 21-də Almatı şəhərində imzalanmış Bəyannaməsi təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

№ 356-IVQ