1. Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı 2009-cu il oktyabrın 2-3-də Naxçıvan şəhərində keçirilsin.

2 Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısının keçirilməsi ilə bağlı maddi-texniki məsələləri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi ilə birlikdə həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 10 sentyabr 2009-cu il

№ 469